ABŞ-Çin savaşı: Dünyanı nə gözləyir?

0
713

Çinlə ABŞ arasındakı ticarət savaşı iqtisadi savaşa keçsə, o zaman bütün dünyanın iqtisadi itkiləri dəfələrlə artacaq.

Bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı iqtisadçı Aleksandr Losev deyib.

“Əgər İT texnologiyalar sahəsindəki qarşıdurmalar digər sferalarda da keçsə, o zaman dünya iqtisadi böhranı riskləri artacaq. 2008-ci il böhranı zamanı ABŞ-dan kənardakı dünyanın itkisi 3 trilyon dollara bərabər idi. Həmin dövrdən indiyə qədər qlobal iqtisadiyyat 27% artıb. Hazırkı qarşıdurma ən azı bu qədər itkiyə səbəb ola bilər. Əgər ticarət müharibəsi iqtisadi savaşlar nəticələnsə, bu, qlobal iqtisadiyyatın gerilməsinə və enerjiyə ehtiyacın azalmasına gətirib çıxaracaq. Bu isə Rusiyanın gəlirlərinin azalmasına və iqtisadiyyatının gerilməsinə səbəb olacaq” – deyə o bildirib.

Onu da qeyd edək ki, Çinlə ABŞ arasındakı ticarət savaşı nəticəsində Çinin Ticarət Nazirliyi bir sıra ABŞ məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını 25 faiz artırıb.
1 iyundan etibarən ABŞ-dan gətirilən parfüm məmulatları, musiqi alətləri və bir sıra içki məhsullarına göstərilən rüsum senzi tətbiq ediləcək.
Nazirlik həmçinin ABŞ-ın bir sıra şirkət, qrup və təşkilatlarının Çin şirkətlərinin mənafeyinə zərər verdiyini əsas gətirərək qara siyahıya salacaq.

Ehtimal edilir ki, Pekinin bu qərarı ABŞ-ın “Huavey”i qara siyahıya salması ilə əlaqəlidir.