“Expressbank” cəbhəyanı bölgədə uşaqları sevindirdi

0
683

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan “Expressbank”ın əməkdaşları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Tərtər rayonunda xeyriyyə aksiyası təşkil ediblər.

“Xoşbəxt gələcəyimiz naminə” adlı layihə çərçivəsində növbəti tədbir Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə məcburi köçkünlər üçün yeni inşa edilmiş Şıxarx qəsəbəsində baş tutub.

“Expressbank” 5 saylı körpələr evi-uşaq bağçasının meydançasında balaca sakinlər üçün oyun kompleksini istifadəyə verib. Oyun meydançasından bağça və ətraf qəsəbələrdən gələn ortalama 200 uşağın faydalanması gözlənilir.

İstifadəyə verilən kompleksdə oyunlar oynayan və əylənən uşaqların sevinci gözlərindən, təbəssümlərindən bəlli idi. Cəbhəyanı bölgədə yaşayan balacaların gülüş səsi ətrafı bürüyərək tədbirə xüsusi rəng qatıb.

Bankın İnsan Resursları Departamentinin rəhbəri Məlahət Abdullayeva layihənin məqsədi barədə məlumat verib:

“Bu gün cəbhəyanı bölgədə yaşayan uşaqların sevincini görmək bizi xoşbəxt edir. Gələcəyimiz olan uşaqlar daima diqqətimizdədir. Onların xoşbəxt gələcəyi naminə layihələr reallaşdırmaqda davam edəcəyik. Unutmayaq ki, insanlığın təməli uşaqlıqdan qoyulur. Bu sağlam təməlin atılmasında bizim də payımız olsun istədik. Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Bununla onlar ətraf mühiti, həyatı kəşf edir. Bu səbəbdən oyun meydançasını onlara hədiyyə etdik”.

“Expressbank”ın uzun illərdir fəaliyyət göstərən layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə dəstək olmaqdır. Qeyd edək ki, bank korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr reallaşdıraraq azyaşlıların və gənclərin hərtərəfli inkişafına dəstək olur.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Tərtərdəki tədbirdən hazırlanan videonu təqdim edirik: