ABŞ prezidenti Donalt Tramp Hindistanı Baş prefensiya sistemi (BPS) üzrə ticari güzəştlərin verildiyi ölkələrin siyahısından çıxardı.
Bu barədə Ağ evin yaydığı məlumatda deyilir. Qərar 2019-cu ilin iyunun 5-də qüvvəyə minəcək.
“Mən müəyyən etdim ki, Hindistan öz bazarına ədalətli və münasib giriş verdiyinə ABŞ-ı inandıra bilməyib. Bu səbəbdən də, onu 2019-cu ilin iyunun 5-dən inkişaf edən benefisiar ölkələrin siyahısından çıxarmaq daha məqsədəuyğun olar”, – sənəddə deyilir.
BPS ABŞ-ın ticari partnyorlarına müəyyən meyarlara cavab verərək, ABŞ-a geniş sayda məhsulu gömrük rüsumu olmadan ixrac etmək hüququ verən dövlət proqramıdır.