Qarabağı Prezident İlham Əliyevin yetişdiriyi gənclər azad etdi – 17 ilin nəticəsi

0
428

Azərbaycanda gənclər siyasəti dövət siyasətinin proritet istiqamətlərindən biridir. Ölkəmizdə gənclərin vətənpərvərlik ruhda tərbiyə edilməsi, yenilikçi ideyalarının həyata keçirilməsi, ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində bütün imkanlar yaradılıb.

Prezident İlham Əliyevin Azərbaycanın mədəni paytaxtı Şuşaya səfəri zamanı “son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər” fikri heç də təsadüfi deyildi. Bu fikrin arxasında gənclərimizin inkişafı, düzgün tərbiyə edilməsi istiqamətində görülən uzun illərin fəaliyyəti dayanır.

Bəllidir ki, müsəqilliyimizin ilk illərində bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də kifayət qədər problemlər mövcud idi. Gənclər o zaman hakimiyyət uğrunda mübarizəyə, kimlərinsə şəxsi maraqlarının həyata keçirilməsi üçün düzgün olmayan fəaliyyətlərə cəlb olunurdu. Yalnız, xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı.

1996-cı il fevralın əvvəllərində Azərbaycan gənclərinin ilk forumu keçirildi və bununla da gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmanla fevralın 2-si ölkədə Gənclər Günü kimi təsbit olundu. Ulu Öndərimiz tərəfindən Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasəti ilə bağlı mühüm qərarların verilməsi, eləcə də, “Gənclər siyasəti haqqında” qanunun qəbul olunması Ulu Öndər Heydər Əliyevin gəncliyimizə verdiyi dəyərin ifadəsidir.

Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.

Gənclər siyasəti haqqında danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan bayrağının yüksəldilməsinin, himninin səsləndirilməsinin Azərbaycan gəncliyi üçün əsas hədəfə çevrilməsinin təməlində Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən müəyyənləşdirdiyi strategiya dayanır.

E.Mirzəbəylinin sözlərinə görə, bu strategiya təhtəlşüur olaraq Azərbaycan gəncini dövlətin əsas hədəfinə – ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətləndirib, Qarabağın azad olunmasını vazkeçilməz ümummilli hədəfə çevirib:

“Prezident İlham Əliyev Azərbaycanda növbəti, həm də fundamental islahat dalğasının əsasını qoyan çıxışlarından birində nəsillərarası münasibətdən, sarsılmaz körpüdən bəhs etmişdi, təcrübə ilə dinamizmin, çevikliyin vəhdətinin Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşacağını bildirmişdi.

Azərbaycan gəncliyi vətənpərvər, cəsarətli və güclüdür. Ona bu gücü verən, özünəinam hissini təlqin edən isə ailə, vətən, torpaq sevgisidir. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan gəncliyinin müstəsna xidmətləri var. Doğrudur, Qarabağımızın azad edilməsində bütün nəsillərin nümayəndələri fədakarlıq nümayiş etdiriblər. Amma cənab Prezidentin də qeyd etdiyi kimi, əsas yük, əsas vəzifə gənclərin çiyinlərinə düşüb və onlar bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetiriblər.

Deputat Vüqar İskəndərov isə bildirib ki, 44 günlük Vətən müharibəsində ordumuzun misilsiz qalibiyyətinin, o cümlədən Şuşa qələbəsinin kökündə duran əsas məqamlardan biri ordu sıralarında olan gənclərimizin vətən sevgisi ilə bağlı idi:

“Cənab Prezidentin bu günlərdə Şuşaya səfəri zamanı bəyan etdiyi kimi Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi. Bu haqq savaşımız bir daha sübut etdi ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış, öz torpağı, vətəni uğrunda qanından keçməyə belə hazır olan gənclər var. Bunu da birmənalı olaraq vurğulayım ki, 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarını, Şuşanı azad edən gənclər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Yəni, tarixi qələbəmizin əldə edilməsində əsas yükü, əsas vəzifəni məhz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 17 il ərzində yetişən gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların ötən 17 il ərzində məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.