Bu ərazilər geri qaytarılmalıdır! – Sudan

0
292

Efiopiya ilə müharibə istəmirik. Ancaq hücumlara qarşılıq verəcək qüvvədəyik.Bunu Sudanın Suverenlik Şurasının üzvü Məhəmməd əl-Fəki Süleyman deyib.

O, Efiopiyadan Katran və Həvr Ömər bölgələrindən çəkilməsini tələb edib:

“İstəsək, bu əraziləri hərb yolu ilə geri ala bilərik. Ancaq biz vəziyyətin gərginləşməsini istəmirik. Bu iki bölgəni siyasi və diplomatik yolla geri almağa çalışacağıq. Sudan ordusu isə Efiopiya sərhədindəki mövqelərini heç vaxt tərk etməyəcək”.