Azərbaycanda banklara 100 milyon dollar verildi

0
420

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Publika.az xəbər verir ki, hərracda tələb 100,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, 2 gün əvvəl keçirilən sonuncu hərracda tələb 142,2 milyon ABŞ dolları olub və tam təmin edilib