“Azeri Light”ın bu günə olan qiyməti

0
274

Azərbaycan neftinin qiymətində cüzi ucuzlaşma müşahidə olunub.

“Azeri Light” markalı neftin bir bareli 0,09 ABŞ dollarına qədər ucuzlaşıb.

Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 55,67 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar dünya bazarında neft qiymətlərinin 5 faizə qədər artmasına səbəb olmuşdu.