Rusiya Qarabağda buna imkan verməyəcək – Perenciyev

0
377

Ermənilər “dqr” adlı feyki dəstəkləməyə çalışırlar. Məhz bu səbəbdən orada “nazirlər” təyin olunur və “ziyarətlər” təşkil edilir.

Bunu Rusiya Zabitləri ekspert şurasının üzvü Aleksandr Perenciyev bildirib.

Onun sözlərinə görə, rəsmi İrəvan bu gün sözügedən “respublikanın” guya mövcud olduğunu göstərmək istəyir:

“Həqiqətdə isə o, heç vaxt mövcud olmayıb. Azərbaycan torpaqlarının işğalı da separatçı hərəkat adı altında həyata keçirilib. Ermənilərin “artsax” oyunu hələ də davam edir. Rəsmi İrəvan yalançı dövlətə necə “nazir” təyin edə bilər? Bu, birmənalı şəkildə göstərir ki, “dqr”in hansısa müstəqilliyi haqqında de-fakto danışmaq belə lazım deyildi. Əslində, orada heç bir respublika yoxdur və olmayıb da. Bu, hazırda revanşizm fikri üzərində qurulmuş bir quruluşdur. Lakin bu bir utopiyadır. Ermənistan intiqam almağa hazır deyil və heç vaxt buna hazır olmayacaq, çünki orada onların qarşısında rus əsgərləri dayanacaq. Rusiya ermənilərin revanşizminə imkan verməyəcək. Bu artıq 100 faiz belədir”.