“Mançester Yunayted”in uruqvaylı hücumçusu Edinson Kavanini sosial şəbəkələrdə irqçi şərhinə görə 100 min funt sterlinq cərimələnib və üç oyunda iştirakdan kənarlaşdırılıb.
Bu barədə İngiltərənin Futbol Assosiasiyası qərar çıxarıb.
E.Kavani səhvini etiraf edib.
Xatırladaq ki, E.Kavani İngiltərə Premyer Liqasının 10-cu turunda “Sautqempton” üzərində qələbədən sonra sosial şəbəkə istifadəçilərdən birinin təbrikinə “Gracias negrito” (Təşəkkür, qara) yazaraq cavab verib