Futbol meydançası yanında terror: ölənlər var

0
300

Pakistanın Bəlucistan əyalətinin Pancqur rayonunda partlayış olub.

Futbol meydançası yaxınlığında baş verən partlayış zamanı 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Hadisənin tamaşaçıların stadiondan çıxdığı zaman törədildiyi bildirilir.

Pakistan polisinin məlumatına görə, naməlum şəxslər tərəfindən motosikletə yerləşdirilən bomba partladılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hələlik partlayışı heç bir qruplaşma üzərinə götürməyib.