AFFA “Qəbələ” klubunu cərimələdi

0
336

AFFA İntizam Komitəsi “Qəbələ” klubunu 600 manat məbləğində cərimələyib.

Buna səbəb əyalət təmsilçisinin Premyer Liqanın XII turunun “Qarabağ”la ev matçında (1:1) qayda pozuntusuna yol verməsidir.

Oyun öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.

Bundan başqa, “Qəbələ”nin klubunun yarımmüdafiəçisi Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb. Klub isə buna görə 200 manat cərimə ödəməli olacaq.