Hacı Əliyev Serbiyada xəstəxanaya düşdü, medalını ala bilmədi – VİDEO

0
325

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev ciddi zədə alıb.

Fransanı təmsil edən çeçen idmançı Elman Muxtarovla görüşün ortasında Hacının qabırğasındakı zədə ona mane olub.

Həkimlərin tibbi müdaxiləsindən sonra idmançımız görüşü sona çatdırıb və 10:4 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Lakin idmançımızı dərhal tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. Bu üzdən Hacı Əliyev mükafatlandırma mərasiminə qatıla bilməyib.

Onun əvəzinə medalı götürməyə kürsüyə sərbəst güləş üzrə millimizin massajçısı Turan çıxıb.