Xudayar Yusifzadənin qardaşı: “O, 30 ildən sonra Qarabağda ilk Azərbaycan musiqisini səsləndirdi” – VİDEO

0
450

Vətən Müharibəsinin şəhidi, ifası ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə Diaspor FM-ə müsahibə verib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məhəmməd Yusifzadə qardaşı ilə bağlı uşaqlıq xatirələrindən, ailəliklə musiqiyə olan sevgilərindən, Xudayarın isə eyni zamanda, hərbi sahəyə marağından danışıb. O, könüllü olaraq cəbhəyə yollanan qardaşının müharibədə göstərdiyi şücaətləri, ağır döyüşlər zamanı özünün pozitivliyi ilə əsgərlərimiz arasında ruh yüksəkliyi yaratması ilə bağlı döyüş yoldaşlarının xatirələrini bölüşüb. 

M.Yusifzadə Xudayarın 30 il sonra Qarabağ dağlarında ilk dəfə səsləndirdiyi Azərbaycan musiqisini oranjman edən musiqiçilərimizə, onu diqqətdə saxlayan jurnalistlərə və Azərbaycan diasporuna təşəkkürünü bildirib. O, 44 gün ərzində ordumuzun müharibə meydanında apardığı mübarizə ilə yanaşı, xaircdə yaşayan soydaşlarımızın da informasiya cəbhəsində erməni lobbisi ilə mücadiləsini xüsusi vurğulayaraq minnətdarlığını ifadə edib.