Dilqəm Əsgərovun oğlu danışdı: 7 ildən sonra…

0
403

Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm ki, 7 ildən sonra bu sevinci bizə yaşatdı.

Bunu bu gün Azərbaycana qaytarılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.

“İşğal altında olan bütün torpaqlarımızın azad olunması ilə yanaşı atamı da girovluqdan azad etdi. Həmişə deyirdim ki, atamı girovluqdan azad edə biləcək şəxs varsa, o da Ali Baş Komandan İlham Əliyevdir. Var olsun Azərbaycan xalqı. Şəhidlərimizə allah rəhmət eləsin. Ordumuza təşəkkür edirəm. Mən cənab prezidentlə görüşüb, əlini sıxıb təşəkkürümü bildirmək istəyirəm”, – Kürdoğlu Əsgərov bildirib.

Hazırda Şəmkirdə olan K.Əsgərov atasının yanına Bakıya gəlmək üçün hazırlaşdığını deyib:

“Hələlik məndə heç bir məlumat yoxdur, atamla danışmamışam. Sadəcə bildiyim odur ki, hər ikisi Vətəndədir”.