Xüsusi Təyinatlı Qüvvələrin qazisi: “Şəhid olmağı da gözə almışdıq” – VİDEO

0
309

“Biz xalqımızın bir yumruq olmağını gördük”.

Bu sözləri Vətən müharibəsində iştirak edən Xüsusi Təyinatlı Qüvvələrinin qazisi Cavid Həsənov deyib.

O bildirib ki, döyüşü ordu başlasa da, onu millətin sərkərdəsi və milləti bərabər qazanır:

“Balacalar bizə elə gözəl məktublar yazırdı ki, insanın gücü bir idisə, üç olurdu”.

C. Həsənov bildirib ki, bu yolda şəhidlik zirvəsinə ucalmağı da, qazi olmağı da gözə almışdılar.