2020-ci ilin noyabrı meteoroloji müşahidələr tarixinin ən istisi kimi qeydə alınıb

0
313

Cari ilin noyabr ayı ötən ilin temperatur maksimumunu qıraraq yeni dünya rekorduna imza atıb.

Bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” fəza proqramının materiallarında deyilir.

“Qlobal miqyasda 2020-ci ilin noyabr ayı meteoroloji müşahidələr tarixinin ən isti noyabrı oldu”, – deyə məlumatda bildirilir.

Mütəxəssislərin fikrincə, bu ay 1981-ci ildən 2010-cu ilədək noyabr aylarında orta göstəricidən 0,77 dərəcə isti olub. Bu il temperatur əvvəlki rekordların qeydə alındığı 2016 və 2019-cu ilin noyabr aylarına nisbətən 0,13 dərəcə yüksək olub.

Noyabr ayı üçün anormal yüksək temperatur Sibirdə, Şimal Buzlu Okeanda, Alyaskada və Kanadanın şimal-qərbində qeydə alınıb.

Tibet Yaylası və Şərqi Antarktida arasında göstəricilər də orta səviyyədən yüksək olub.