Azərbaycanlı gənclərin Çavuşoğlu sevgisi – VİDEO

0
415

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim azərbaycanlı gənclərlə bağlı paylaşım edib.

O, “Twitter” hesabından etdiyi paylaşımda Azərbaycan gənclərinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna olan sevgisindən yazıb.

Onun paylaşdığı videoda gənclər Mövlud Çavuşoğluna sevgilərini, onunla qürur duyduqlarını bildirirlər.

Səfir “Azərbaycan gəncləri də cənab nazirimizi çox sevirlər”, – deyə yazdığı qeydə iki qardaş ölkənin ay-ulduzlu bayraqlarını da əlavə edib.