2024-cü il Ümumdünya Şahmat Olimpiadası Budapeştdə baş tutacaq

0
348

2024-cü il Ümumdünya Şahmat Olimpiadasının ev sahibi olacaq şəhər məlum oldu. Bu, Macarıstanın paytaxtı Budapeştdir.

Bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası açıqlayıb.

Qeyd etmək lazımdır ki, Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Birinci dəfə bu, 1926-cı ildə baş verib. 

Xatırladaq ki, Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Koronavirus pandemiyasına görə builki yarış 2021-ci ilə təxirə salınıb, Belarus isə turnirdən imtina edib.