
ABŞ-ın keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bill Klinton digər amerikalılara ilham vermək üçün koronavirus infeksiyasına qarşı kamera qarşısında peyvənd olunmaq niyyətindədirlər.
Bildirilir ki, onlar ABŞ-ın Qida və Dərman İdarəsindən (FDA) peyvəndin istifadəsi təsdiqləndikdən sonra bu aksiyanı həyata keçirəcəklər.