Türkiyədə koronavirus əleyhinə peyvəndləmə tarixi məlum oldu.
Bu barədə məlumat verən ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, dekabrın 11-dən əhalinin peyvəndlənməsinə start veriləcək.
Nazirin sözlərinə görə, ilk növbədə səhiyyə sahəsinin əməkdaşları və yaşı 65-dən çox olan vətəndaşlar peyvənd olunacaqlar.
Peyvəndlərin Çin istehsalı olacağı bildirilib.