Çində məktəb binası yerdən götürülərək 62 metr kənara çəkildi – VİDEO

0
384

Çinin Şanxay şəhərində ibtidai məktəb binası yerindən götürülərək başqa yerə köçürülüb.

Bildirilir ki, bunu həyata keçirmək üçün “Yeriyən maşın” adını almış texnologiyadan istifadə olunub.

Onun ərazisində isə inşası 2023-cü ilə qədər başa çatacaq yeni pərakəndə satış və ofis kompleksi üçün yer ayrılıb.

Bu addım əsası 1935-ci ildə qoyulan tarixi binanın qorunması üçün atılıb. 62 metr kənara daşınan köhnə məktəb binası irsin qorunması və mədəni maarif mərkəzinə çevriləcək.