Şuşa, Xocavənd, Qırmızı Bazar, Suqovuşan, Hadrut və digər ərazilərdən 400-dən çox erməni hərbçisinin cəsədi çıxarılıb və ya dəyişdirilib.Bu barədə mövcud olmayan “dqr”in “ombudsman”ı kimi özünü təqdim etməyə cəhd göstərən Artak Beqlaryan Feysbuk hesabında yazıb.
“Səlahiyyətli qurumlar ölənlərin cəsədlərinin qaytarılması və itkin düşənlərin taleyini öyrənmək üçün mümkün olan hər şeyi etməyə borcludur”, – Beqlaryan deyib.