Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir

0
366

Naxçıvanı Azərbaycanla birləşdirəcək yolun tikintisinə hazırlıq gedir.

Bu barədə “Hraparak” qəzeti Meğri şəhərinin meri Mxtitar Zakaryana istinadla xəbər yayıb.

Bildirilir ki, artıq “Cənubi Qafqaz dəmir yolları” ASC-nin əməkdaşları rusiyalı sərhədçilərlə birlikdə Meğriyə gediblər və ərazini öyrəniblər.

“Dedilər ki, bu perspektivli məsələdir, hazırda konkret heç nə yoxdur, ancaq söhbət dəmir yolundan gedir. Gəldilər, öyrəndilər və getdilər”, – deyə şəhər meri əlavə edib.

Qeyd edək ki, “Cənubi Qafqaz dəmir yolları” ASC “Rusiya Dəmir Yolları” ASC-nin 100 faiz törəmə şirkətidir.