Aptekdə antibiotiklərlə bağlı qaydalara əməl olunmur – RƏSMİ

0
445

“Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi”.

Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.

Onun sözlərinə görə, COVID-19 dövründə problem daha da artdı:

“Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır”. 

Şöbə müdiri qeyd edib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır:

“Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır”.