İsgəndər Həmidovun vəziyyəti ağırdır

0
558

Dünən axşam saatlarında Azərbaycanın sabiq Daxili İşlər naziri, Azərbaycan Xalq Hərəkatının təsis olunmasının fikir müəllifi və idarə heyətinin üzvü, general-leytenant İsgəndər Həmidovun anidən vəziyyəti pisləşib və ürək ağrılarının şiddətlənməsi səbəbi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər. Lakin ailə üzvləri və yaxın qohumları buna imkan verməyiblər. Belə ki, İsgəndər Həmidovun yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xaricə aparılmağı məqsədəuyğun sayılıb.

Xatırladaq ki, İsgəndər Həmidov ötən il dekabrın 4-də anidən vəziyyətinin pisləşməsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilmiş və həkimlərin anju etmək təklifini son anda rədd etmişdi.
Allah İsgəndər bəyə şəfa versin!