FHN-in strukturları azad olunmuş 5 rayonda

0
431

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilini davam etdirir.

FHN-dən verilən məlumata görə, bu istiqamətdə növbəti addım olaraq, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin müvafiq bölmələri Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarında fəaliyyətə başlayıb.