Türkiyənin döyüşkənliyi Fransanı özündən çıxarıb – “Bütün variantlar masa üzərindədir”

0
381

Fransanın Xarici Işlər naziri Jan-İv Le Drian bəyan edib ki, Türkiyə Şərqi Aralıq dənizində Avropa ilə qarşıdurmanın «təhlükəli yay» prinsipi üzrə hərəkət edir.

Fransız diplomatın sözlərinə görə, Türkiyənin qarşısının alınmasının bütün variantları – bu ölkəyə sanksiyaların tətbiqinə qədər – «masa üzərindədir». Bu barədə noyabrın 11-də Türkiyənin «Ahval» analitik-informasiya portalı yazıb.

«Dekabrda Brüsseldə görüş olacaq, Avropa İttifaqının 27 ölkəsi qərara gəlib ki, əgər Türkiyə öz mövqeyini dəyişməsə, mümkün sanksiyalar da daxil, tədbirlər görüləcək və bütün variantlar masa üzərində olacaq» – Le-Drian bildirib və Ankaranın davranışını «döyüşkən» adlandırıb.

Avropa İttifaqı hələ oktyabr ayında Türkiyəyə silah tədarükünə embarqo qoyulması məsələsini müzakirə edib, ancaq razılığa gələ bilməyib. Almaniya, İspaniya, İtaliya, Macarıstan və Malta o zaman bu təklifi bloklayb. Təklif Yunanıstan tərəfindən irəli sürlmüşdü. Bu ölkənin Baş naziri Kiriakos Mitsotakis bu təklifi Avrpa İttifaqı siyasi rəhbərliyinin sammitinə təqdim etmişdi. Afinanın təşəbbüsü 5 ölkə tərəfindən «iqtsadi səbəblərdən dolayı və Türkiyədən qeyri-leqal miqrasya qorxusu altında» rədd edilmişdi. Fransa, Avstriya və Sloveniya Yunanıstanı bu məsələdə dəstəkləmişdi, Avroittifaqın digər üzvləri isə bitərəf qalmışdılar.

Avroittifaqın növbəti sammiti dekabr ayında toplanmalıdır və orada Ankaraya qarşı mümkün sanksiyalar müzakirə olunacaq.

(musavat)