İNK gəncinin Prezidentə məktubu

0
561

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına İctimai Nəzarət Koalisiyasının gəncləri adından İNK Gənclər Təşkilatının sədri Vahid Eldar oğlu Quliyev tərəfindən         

 Məktub

Hörmətli Cənab Prezidentimiz, möhtərəm Ali Baş Komandanımız!Sizin rəhbərliyiniz altında Milli  Ordumuzun ardıcıl qələbələrinə görə və ölkə gənclərinə xüsusi diqqət və qayğınıza görə dərin minnətdarlığımızı bildirmək istəyirəm.İNK-nın tələbə gəncləri Ordumuzda xidmət etməyi səbirsizliklə gözləyirlər.Azərbaycan xalqı qarşısında etdiyiniz qələbə müjdəli çıxışlarınızı böyük sevinc və qürur hissi ilə dinləyirik. Bu gün cəbhə xəttində gərgin döyüşlər bizi nə qədər həyəcanlandırırsa, ordumuzun yenilməz döyüş taktikası ilə irəliləməsi bir o qədər sevindirir.Bizə yasatdığınız böyük qələbə sevinclərinə görə sizə dərin minnətdarlığımızı bildiririk.Vətən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə hər birimiz iştirak etməyə hazırıq.İctimai Nəzarət Koalisiyasının bütün gəncləri sizin əmrlərinizi gözləyir.Sizinlə fəxr edirik!Tanrı sizi və Azərbaycan Ordusunu qorusun.Siz müdrik və qətiyyətli siyasətinizlə bütün dünyaya Azərbaycanın necə qüdrətli dövlət olduğunu göstərdiniz.Sizin kimi Prezidenti olan ölkəmizin vətəndaşı olmağımızdan qürur duyuruq.Yaşasın Azərbaycan! Yaşasın müzəffər Ali Baş Komandanımız!Yaşasın Silahlı Qüvvələrimiz!

Hörmətlə: Quliyev Vahid Eldar oğlu –İctimai Nəzarət Koalisiyasının Gənclər Təşkilatının sədri, 

Azərbaycan Kooperasiya Universitetinin IV kurs tələbəsi