Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır

0
435

Nazirlər Kabineti 387 nömrəli qərarına dair açıqlama yayıb.

Açıqlamada deyilir:

Bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərtlərə dair Nazirlər Kabinetinin 387 №li qərarına əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında:

– 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;
– 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;
– 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.