Gürcüstan azərbaycanlıları Azərbaycana dəstək aksiyası keçirdi – FOTO

0
420

Gürcüstanın Marneuli rayonunun mərkəzində Azərbaycana dəstək mitinqi keçirilib.

“Qarabağ Azərbaycandır!” şüarlı aksiyaya Marneuli ilə yanaşı, Tbilisi, Rustavi şəhərləri, Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdə yaşayan soydaşlarımız da qatılıb.

Kütləvi mitinq iştirakçıları Azərbaycan dövləti və Ordusuna dəstək şüarları səsləndiriblər. Daha sonra isə Azərbaycan icmasının üzvləri çıxış ediblər. Onlar Azərbaycanın haqq işi apardığını, bu işdə Gürcüstan azərbaycanlılarının Azərbaycan xalqının yanında olduğunu bildiriblər.

Soydaşlarımız Azərbaycanın işğal altında olan bütün torpaqlarının tezliklə azad olunacağına əminlik ifadə ediblər. Mitinq iştirakçıları “Azərbaycan var olsun, düşmənləri kor olsun!”, “Yaşasın Azərbaycan əsgəri!”, “Eşq olsun Azərbaycan Ordusuna!” şüarları səsləndiriblər.

Aksiya iştirakçıları Azərbaycandan növbəti zəfər xəbərlərini gözlədiklərini qeyd ediblər.

Kütləvi aksiyaya vətənpərvərlik mahnılarının ifası ilə yekun vurulub.

Qeyd edək ki, bugünkü mitinq Gürcüstanda Azərbaycana dəstək məqsədilə keçirilən sayca 4-cü aksiyadır.