Rasim Məmmədovun ictimai müraciəti

0
621

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nin I vitse-prezidenti, SİMİB-nin rəhbəri, ictimai xadim Rasim Məmmədov müharibə bölgəsinə qeyri-qanuni səfərlərin qarşısının alınmasının vacibliyi ilə bağlı ictimaiyyətə və hüquq-mühafizə orqanlarına müraciət etmişdir.

“Təəssüf ki, bu səfərlər zamanı İNK vəsiqəsindən istifadə edənlər də var. Bu vəsiqələrin ətrafımızda baş verən qanunsuzluq hallarına qarşı istifadə olunması daha məqsədəuyğun olardı”.
Rasim Məmmədov bununla yanaşı, koalisiyanın, eləcə də ölkəmizin mənafeyinə zidd olan bu və digər addımların qarşısını almaq üçün vicdanlı insanların birlik nümayiş etdirməyinin vacibliyini vurğulamışdır.
Rasim Məmmədov eyni zamanda bildirmisdir: “Dövlət Təhlükəsizlik Xidməti ölkəmizin təhlükəsizliyini yüksək səviyyədə qoruyur, Ölkə Başçısı, Ali Baş Komandanımız hər bir vətəndaşımızı diqqətdən, qayğıdan kənarda qoymur. Mən inanıram ki, ölkə prezidentinə ləyaqətlə dəstək olan xalqımız müharibədəki uğurlarımızı gözdən salmaq məqsədi ilə təxribat törətmək istəyənləri, sapı özümüzdən olan baltaları vətənpərvərlik gücü ilə dəf etməyi bacaracaqdır.”

“ictimaixeber.az”