Xalq artisti reanimasiyaya yerləşdirildi

0
373

Xalq artisti Arif Babayev insult keçirərək xəstəxanaya yerləşdirilib.

Bu haqda  xalq artistinin oğlu məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti stabildir:

“Hazırda Mərkəzi Klinika Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib. İnsult keçirib və üç gün öncə xəstəxanaya aparılıb. İnşallah, tezliklə səhhəti yaxşı olar. Hazırda yanına ailə üzvləri belə buraxılmır”.