Azərbaycanda dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb – RƏSMİ

0
470

2020-ci ildə Meşələrin İnkişafı Xidmətində 21 nəfər vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işindən kənarlaşdırılıb. Onlar direktor, meşəbəyi, meşəbəyi köməkçisi vəzifələrini yerinə yetirən şəxslərdir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

O bildirib ki, 221 iş hüquq mühafizə orqanlarına göndərilib:

“Meşələrin çəpərlənməsinin böyük faydası var. Bu çəpərlənmə nəticəsində meşələrdə yeni pöhrələr artıb, canlanma var. Yeni pöhrələrin mal-heyvan tərəfindən yeyilməsi, əzilməsi meşələrin təbii bərpasına ziyan vurur”.