Azərbaycanda teatrların açılması müzakirə olunur – RƏSMİ AÇIQLAMA

0
403

Teatrların fəaliyyətini ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr olunur”. 

Bunu Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. Bildiyimiz kimi bu haqda qərarlar Operativ Qərargah tərəfindən verilir və hərtərəfli müzakirə olunur. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də diqqətdə saxlanılır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası da nəzərə alınır.  Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və  onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir”,- A.Kərimov bildirib.