Dünyanın ən çox qazanan məşhurları sırasında beş idmançı: Ronaldu yoxsa Messi?

0
475

Dünyanın ən çox qazanan məşhurlarının ilk onluğuna beş idmançı daxil olub.

Siyahıda üçüncü yeri 106,3 milyon dollar gəlirlə isveçrəli tennisçi Rocer Federer tutub. Dördüncü pillədə “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldu (105 milyon dollar), beşinci pillədə “Barselona”nın hücumçusu Lionel Messi (104 milyon dollar) qərarlaşıb.

Yeddinci pilləni PSJ-nin braziliyalı hücumçusu Neymar (95,5 milyon dollar) tutub. Doqquzuncu pillənin sahibi isə amerikalı basketbolçu Lebron Ceyms (88,2 milyon dollar) olub.