BNA rekord sayda avtobusu xəttə buraxdı

0
622

Bu gün 163 marşrut (153 müntəzəm və 10 ekspress) üzrə 2 130 ədəd avtobus xətlərə çıxarılıb ki, bu da indiyə qədər qeydə alınan rekord göstəricidir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, məqsəd hər gün 20-25% artan sərnişin tələbatını qarşılamaqdır. Son statistik məlumatlara əsasən sərnişin axınında da ən maksimal göstərici müşahidə olunur. Belə ki, hazırda gün ərzində 1,6 milyondan artıq sərnişin səfər sayı qeydə alınır.

“Mövcud vəziyyətdə avtobusların rahat və maneəsiz hərəkətinin vacibliyini nəzərə alaraq fərdi avtomobil sürücülərindən bu məsələdə anlayışlı olmağı xahiş edirik. Tövsiyə edirik ki, mümkün qədər yollarda avtobusların hərəkətinə üstünlük versinlər, dayanma-durma və parklanma qaydalarına əməl etsinlər”, – məlumatda bildirilib..

Qeyd edək ki, nəqliyyat vasitələrinin çoxluğundan və yol-nəqliyyat hadisələri səbəbindən yaranan sıxlıq halları sərnişindaşımanın təşkilində çətinliklər yaradır. Xüsusən pik saatlarda yaranan sıxlıqlar nəticəsində avtobuslararası intervallar pozulur. Bu isə ümumilikdə sərnişindaşımanın təşkilinə mənfi təsir edir