Serb silahlarını İrəvana kimlər və necə daşıyıb?

0
651

Moldovanın ofşor şirkətləri Serbiya silahlarını Ermənistana daşıyıblar.

Ermənistana silahları Serbiyanın “Vektura Trans” şirkəti Valyevo şəhərindəki “Kruşik”, Trstenika şəhərindəki “Birinci beşillik” və Kraquyevaça şəhərindəki “Silah zastavası” zavodlarından göndərilib. Silahlar İrəvan yaxınlığındakı aerodroma 13-15 iyul arasında çatdırılıb.

Serbiya mətbuatı həmçinin 2019-cu il ərzində Ermənistana Belqrad və Niş şəhərlərindən 16 reysin həyata keçirildiyini və bu reyslər vasitəsilə serb silahlarının daşındığını yazıb.

Qeyd edilib ki, 2019-cu ilin sentyabrından 2020-ci ilin yayına qədər alınan serb silahları Ermənistana Moldova vasitəsilə göndərilib. Belə ki, silahlar əvvəlcə Unqen-Biznes azad iqtisadi zonasındakı ofşor şirkətə satılıb, daha sonra Moldovadakı Curcjuleşti limanına çatdırılıb, buradan isə Moldova gömrüyünün möhürü ilə dəniz, sonra quru yolla Ermənistana aparılıb.