Şəhid Nazim İsmayılovun anasına vədi – Video

0
640

Deyirdi, ay ana, sən görəcəksən, mənim adım həmişə uca olacaq. Mən Mübariz kimi olacam, onun yolu ilə gedəcəm.

Bu sözləri iyulun 16-da Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan 24 yaşlı Nazim İsmayılovun anası Sevda İsmayılova müsahibəsində danışıb.

Nazimin atası Əfqan İsmayılovun sözlərinə görə, oğlu ordu sıralarına könüllü olaraq getmişdi:

“Şəhid olmazdan bir gün qabaq mənə zəng vurub dedi ki, nigaran qalmayın”.