Braziliyada koronavirusa yoluxanların sayı 1,6 milyon nəfəri ötüb

0
428

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 26 051 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 603 055 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 602 nəfər ölüb, ölənlərin ümumi sayı 64 867 nəfər təşkil edir.Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 906 min nəfər sağalıb.