Serbiya və Monteneqro milli komandasının keçmiş baş məşqçisi COVID-19-dan vəfat edib

0
420

Futbol üzrə Serbiya və Monteneqro milli komandasının keçmiş baş məşqçisi İlya Petkoviç COVID-19-dan vəfat edib.
Onikibarmaq bağırsağındakı problemlər səbəbindən xəstəxanaya yerləşdirilmiş keçmiş baş məşqçidən götürülmüş analizlərin nəticəsində onun COVID-19-a yoluxduğu məlum olub.
Qeyd edək ki, İlya Petkoviç futbolçu kimi vətənində OFK, Fransada “Trua” komandalarında oynayıb. 2000-2001-ci illərdə Yuqoslaviya, 2003-2006-cı illərdə Serbiya və Monteneqro millisini çalışdırıb. O, son illərdə Belqrad Futbol Federasiyasının prezidenti olub.