Alimlər ilk dəfə 3D printerində CANLI ÜRƏK ÇAP ETDİLƏR

0
974
Təl-Əviv Universitetindən olan alimlər dünyada ilk dəfə insan toxumalarından 3D formatında canlı ürək çap ediblər.
Bu gün Təl-Əviv Universitetinin laboratoriya rəhbəri Tal Dvir pasiyentdən götürülmüş insan toxumaları ilə birlikdə 3D printerindən istifadə edilməklə döyünən canlı ürəyin çap olunması prosesini təqdim edib.
Ali təhsil müəssisəsinin mətbuat xidmətinin məlumatına əsasən, orqanın funksionallığını yoxlamaq üçün eksperiment çərçivəsində heyvanlara köçürüləcək onlarla ürək “çap olunub”. Ürəyin ölçüsü təxminən 2,5 santimetrə yaxın – təxminən dovşan ürəyi böyüklükdədir. Printer bir ürəyi təqribən 3 saat 30 dəqiqəyə çap edib.
Alimlərin iddiasına görə, tədqiqat pasiyentlərin daha orqan köçürülməsini gözləməyəcəyi gələcəyin tibbinə yol açacaq. Yaxın 10 ildə insan toxumaları və hüceyrələrinin köməyi ilə hər bir pasiyent üçün istənilən orqanı yaratmaq mümkün olacaq.