Xaçmazda quşçuluq ferması yandı

0
726

Xaçmazda quşçuluq fermasında baş verən yanğın nəticəsində 5 min cücə tələf olub.

Hadisə rayonun Cağatay kəndində baş verib.

500 kvadratmetr sahəsi olan fermasının 200 kv.m ərazisi yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 300 kv.m ərazi yanğından mühafizə olunub və alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırmalar aparılır.