Moskvada yerləşən “Fud Siti” bazarına xüsusi təyinatlı polis dəstələri (OMON) daxil olub.
Güc strukturları bazarın nəzarət-buraxılış məntəqəsini bağlayıblar. Sözügedən addımın nə ilə əlaqədar olduğu hələlik bəlli deyil.
“Readovka” nəşrinin məlumatına görə, bazar ərazisinə heç kim buraxılmır, içəridə olanlara isə bazarı tərk etməyə icazə verilmir.
Təxminən bir həftə əvvəl miqrantlar bazar ərazisində mitinq təşkil etmişdilər. Onlar özünütəcrid rejimini pozaraq, icarə haqlarının artırılmasına etiraz edirdilər.
Qeyd edək ki, bu bazarda işləyənlərin böyük hissəsini azərbaycanlı miqrantlar təşkil edir.