Taekvondo millimiz karantində məşq edir – VİDEO

0
348

Azərbaycan Taekvondo Federasiyasına məşqlərə başlamağa icazə verilib.

Yığmamızın Azərbaycanda olan üzvləri artıq yeddi gün olar ki, məşqlərə başlayıb.

Məşqlərdə Milad Beyqi, Ayxan Tağızadə, Patimat Abakarova və Fəridə Əzizovanın iştirak etdiyi görünür. Hazırlıqlar Abşeron Olimpiya Kompleksində keçirilir.

Qeyd edək ki, olimpiya çempionumuz Radik İsayev və Həşim Məhəmmədov Dağıstanda olduqlarından, məşqlərdə iştirak etmirlər.

Onu da bildirək ki, karantin rejimi müddətində idmançıların kollektiv məşqlərə başlaması qadağandır. Lakin federasiyalar xüsusi razılıqla məşqlərə start verirlər. Daha əvvəl karate millimizin məşqləri barədə xəbər vermişdik.