Robert Koçaryan həbsdə qaldı

0
816

Ermənistanın Apellyasiya Məhkəməsi eks-prezident Robert Koçaryanın həbs müddətinin uzadılması ilə bağlı vəkillərin şikayətini təmin etməyib. Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Robert Koçaryan həbsdə qalacaq.

Qeyd edək ki, martın 15-də aşağı instansiya məhkəməsi Robert Koçaryanın həbs müddətinin daha iki ay uzadılması haqqında Ermənistan Xüsusi İstintaq Xidmətinin vəsatətini təmin edib.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyasının namizədlərindən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci ilin iyulun 27-də həbs olunub.