AŞPA-da erməni deputat mövzudan kənar çıxış etdiyinə görə mikrofonu söndürülüb

0
869

AŞPA-nın yaz sessiyası çərçivəsində Assambleyanın qaydalarında müəyyən müddəaların dəyişdirilməsinə dair müzakirələr zamanı erməni deputat yenidən təxribata əl atıb.

O, Azərbaycan deputatlarını Dağlıq Qarabağla bağlı yalanlar söyləməkdə ittiham etməyə başlayıb. Ancaq AŞPA-nın prezidenti Mişel Nikoletti onu dayandıraraq mövzudan kənara çıxmamağa çağırıb. Erməni nümayəndə qurumun rəhbərinin iradına qulaq asmayıb davam edəndə onun mikrofonu söndürülüb. AŞPA-nın prezidenti mikrofonsuz qışqıraraq danışan erməni deputatı qışqırmamağa, sakitləşməyə çağırıb. Bildirib ki, qışqırmaq lazım deyil, onun söylədiklərinin müzakirə olunan mövzuya heç bir aidiyyəti yoxdur. M.Nikoletti erməni deputatı qurumun qaydalarına riayət etməyə çağırıb.