Bakıda polis narkotacirlərə qarşı əməliyyat keçirdi

0
385

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb.

Hadisə paytaxtın Qaradağ rayonunun ərazisində baş verib.

Daxil olan məlumat əsasında Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri – 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.

Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.