Şuşasız ömrün 28 ili… – VİDEO

0
401

Qarabağ adını həmişə dillərdən eşitdikcə gözlərimizin qabağına muğam, gözəl təbiət, təmiz səma gətirmişik. Bir də dillərə dastan olan xarı bülbül. Hansı ki, yetişdiyi torpaq 28 ildir, işğal altındadır. Söhbət Şuşadan gedir.

1992-ci il may ayının əvvəllərində şəhər mühasirəyə alındı. Mayın 8-i isə Şuşa işğal olundu. Bu bizim tariximizə qanlı hərflərlə yazıldı. Ömrünün 41 ilini Şuşada, geridə qalan 28 ilini Şuşa xatirələri ilə oradan uzaqlarda keçirən Əsədullayevlər ailəsi xatirələrini, xatırladıqlarını Baku.Tv-ə danışdılar..

Ətraflı videonu təqdim edirik: