Siz nəinki bədxahları, dünya nəhənglərini də mat qoydunuz

0
464

Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması istiqamətində atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

həmin məktubların bir neçəsini təqdim edirik.

Vüqar Namazovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində bütün dünyada yayılmış koronovirus pandemiyasının ölkəmizdə də sürətlə yayılmasının qarşısının alınmasına nail ola bilmişik. Bu ancaq Sizin uzaqgörən siyasətinizin və millətimizə olan qayğınızın sayəsində mümkün ola bilərdi. Bu çətin vəziyyətə heç bir dövlət hazır deyildi və Sizin çevik qərarlarınız nəticəsində dövlətimiz bütün dünyaya nümunə oldu. İdman sahəsində olduğu kimi bütün sahələrdə də yanımızda olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Namazov Vüqar Binnət oğlu

Dünya və Avropa çempionu, Prezident mükafatçısı, Əməkdar idman ustası

Azərbaycan Respublikası, Bakı şəhəri.

Gülağa Rzayevdən, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasətlə yanaşı, sosial sahədə atdığınız addımlar hər bir Azərbaycan vətəndaşının yanında olduğunuzun bariz nümunəsidir.

Bütün dünyanı cənginə almış pandemiya zamanında uzaqgörən siyasətinizlə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xalqımızın bu bəladan xilas olması yolunu müəyyənləşdirdi. Sərhədlərin vaxtında bağlanması, karantin rejiminin tətbiqi, həkimlərin, tibb işçilərinin səfərbərliyə alınması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi Sizin “Vətəndaşlarımızın sağlamlığı hər şeydən üstündür” ifadənizin təsdiqidir.

Xüsusilə Sizin Sərəncamınızla imkansız ailələrə, yaşlı, ahıl insanlara hərtərəfli yardımların göstərilməsi vətəndaşlarımızın özlərindən çox Sizin onları düşündüyünüzün ən gözəl nümunəsidir.

Möhtərəm cənab Prezident, Sizi bütün varlığı ilə sevən xalqımız hər bir sahədə həyata keçirdiyiniz məqsədəuyğun tədbirləri alqışlayır, Sizə “Əhsən!” deyir. Bir sözlə, uzaqgörən, müdrik, çevik siyasətinizlə Siz nəinki bədxahları, dünya nəhənglərini də mat qoydunuz. Eşq olsun Sizə!

Hörmətlə,

Rzayev Gülağa, Astara Rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Astara rayonu.

Söhrab Qasımovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Qarabağ müharibəsi əlil olaraq bu çətin günlərdə Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Koronavirusun ağuşuna aldığı ölkələrin statistikasını ölkəmizdəki vəziyyətlə müqayisə etdikdə Sizinlə qürur duyuram. Bu göstərici Sizin gərgin əməyinizin nəticəsidir. Allah Sizi qorusun. Mən fəxr edirəm ki, Ulu Öndərin qurduğu müasir Azərbaycan belə əmin əllərdədir.

Ümummilli lider Heydər Əliyev yorulmaz fəaliyyəti ilə 1990-cı illərdə Azərbaycanı fəlakətlərdən, təlatümlərdən xilas etdi. Siz də bu gün xalqımızı gözəgörünməz bəladan xilas edirsiniz.

Cənab Prezident, Siz təkcə Heydər Əliyev siyasi məktəbinin deyil, bütövlükdə onun həyat məktəbinin yetirməsisiniz. Biz ona görə xoşbəxt xalqıq ki, Ulu Öndərimizin Azərbaycan üçün gördüyü işləri Sizin kimi müdrik siyasi xadim davam etdirir.

Dərin hörmətlə,

Qasımov Söhrab Əyyub oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Davud Rəhimlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bəşəriyyət koronavirus pandemiyasının tüğyanına məruz qalmış, inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətləri dəhşətli bir sınağa çəkmişdir.Bu, insan həyatının bütün sahələrinə mənfi təsirini göstərməkdədir.Dəhşətli xəstəlik dünyanın əksər ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə çoxsaylı insan tələfatlarına səbəb olmaqla, eyni zamanda bir çox hallarda onları pandemiyanın qarşısının alınmasında aciz vəziyyətə salmışdır.

Ölkələr koronovirusla mübarizədə müxtəlif vaxtlarda və müxtəlif formalarda başladılar.Sizin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vəziyyəti düzgün qiymətləndirməyiniz, vaxtında qəbul etdiyiniz qərarlar və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun geniş yayılmasının, çoxsaylı insan tələfatının qarşısı alındı.

Sizin “Biz birlikdə güclüyük” çağırışınız cəmiyyətdə bir şüara çevrildi.Cəmiyyətimiz bir daha yüksək keyfiyyətlərini ifadə edərək Azərbaycan xalqı ilə hakimiyyətin möhkəm birliyinin, Prezidentin həmişə xalqın, xalqın həmişə Prezidentinin yanında olmasını bir daha təsdiq etdi.

Hörmətli Prezidentimiz, məmnuniyyətlə qeyd etmək istəyirik ki, belə çətin bir zamanda əhalinin, o cümlədən cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi əlilliyi olan şəxslərin sosial təminatları diqqət mərkəzində saxlanıldı və sosial siyasətin dövlətin əsas istiqaməti olduğunu bir daha göstərdi.

Hörmətli cənab Prezident, böyük həqarət və təəssüflə qeyd edirik ki, belə bir zamanda dövlətin və millətin mənafelərinin əksinə olaraq, bəzi siyasi qurumlar, xarici təxribatçı və düşmən qüvvələrin sifarişlərini yerinə yetirənlər bir daha iç üzlərini göstərməyə başlamışlar. Azərbaycan əleyhinə müxtəlif üsullarla təbliğat aparır, görülən işlərə kölgə salmaq istəyirlər. Lakin həmişə olduğu kimi koronavirusun yayılmasının qarşısının alınmasında xalq-hakimiyyət birliyi düşmən qüvvələrin kəskin cavabını verərək onların arzularını heçə endirdi.

Hörmətli cənab Prezidentimiz, inanırıq ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində koronavirusun yayılmasının qarşının alınması istiqamətində fəaliyyətlər uğurla davam etdiriləcək və qarşısı alınacaqdır. Əminik ki, Sizin yüksək səriştəniz, uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan Respublikası post-pandemiya dövründə də inkişaf edəcək və çiçəklənəcəkdir.

Dərin hörmət və ehtiramla,

Davud Rəhimli

Əlil Təşkilatları İttifaqının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

Arif İsmayılovdan, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Bütün dünyada minlərlə insanın ölümünə səbəb olan virusun bizim ölkəmizdə yayılmasının qarşısının alınmasında gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə kəndimizin 6 mindən çox əhalisi adından minnətdarlığımızı bildirirəm.

Dövlətimizin və xalqımızın firavan yaşaması üçün var gücünüzlə çalışaraq ərsəyə gətirdiyiniz bütün işlərdə Sizinlə yanaşı Mehriban xanımın da əməyi danılmazdır. Bir daha sübut edirsiniz ki, hər bir Azərbaycan vətəndaşı Sizlər üçün əziz və qiymətlidir.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Şəhid atası İsmayılov Arif Məhəmməd oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu, Ləkçılpaq kəndi.

Qurban Qurbanovdan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident.

Biz Göyçay rayon təhsil işçiləri dünyanı əsarət altına alan koronovirus epidemiyası ilə mübarizə dövründə Sizin Azərbaycan xalqının sağlamlığı uğrunda apardığınız böyük mübarizəni məmnunluqla izləyirik. Dünyanın ən güclü ölkələrində epidemiya minlərlə insanın vəfatına, iqtisadi böhrana, yüz minlərlə insanın xəstələnməsinə yol açdığı bir dövrdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə epidemiyanın yayılmasının qarşısı alınmış, ölüm faktları minimum səviyyədə olmuşdur. Azərbaycan səhiyyə sisteminin inkişafının nəticəsidir ki, virusa yoluxan vətəndaşlarımız öz sağlamlıqlarına qovuşur və sağalan xəstələrin sayı günbəgün artır.

Cənab Prezident, xüsusi karantin dövründə Sizin rəhbərliyinizlə aztəminatlı ailələrə göstərilən maddi yardımların nəticəsidir ki, insanlar bu çətin dövrdə öz rahat həyatlarına davam edirlər. Biz inanırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyiniz altında bu bəlanın öhdəsindən gələcək, günəşli sabahlar daha aydın olacaqdır. Odur ki, Göyçay rayon təhsil işçiləri həmişə Sizin arxanızdadır, Sizinlələ birlikdədir, Sizə inanır, Sizi sevir, Sizə güvənir. Tanrı Sizin yar və yardımçınız olsun.

Hörmətlə,

Qurbanov Qurban Heydər oğlu

Göyçay rayon İnçə kənd tam orta məktəbinin biologiya müəllimi, Respublikanın Əməkdar müəllimi

Azərbaycan Respublikası, Göyçay rayonu.

Səfərqulu Tağızadədən, Sumqayıt, Azərbaycan

Cənab İlham Əliyev.

Mən tarixin keşməkeşli illərini görmüş bir insanam. İkinci Dünya müharibəsində Azərbaycanın altı yüz mindən çox oğul və qızı amansız döyüşlərə səfərbər olunmuşdular. Onlardan üç yüz min nəfərdən çoxu torpaq uğrunda öz canlarını qurban verdilər. Həlak olanların övladları yetimxanalarda, ailələri isə aclıqdan dünyalarını dəyişdilər. İndiki şəraitdə insanlara edilən yardım heç o vaxt onlara göstərilməmişdi.

Siz dünya şöhrətli ulu öndər Heydər Əliyevin layiqli davamçısısınız. Xalqımızın Ümummilli Lideri dünya siyasət meydanının nəhənglərindən biri, bəlkə də birincisi idi.

Cənab Prezident, Siz xalqımız üçün bu ağır günlərdə çox cəsarətli və uzaqgörən addımlar atırsınız. Xalqımızın xilası uğrunda çox böyük işlər görürsünüz. Dünyanın aparıcı dövlətləri bu amansız koronavirusun əlində aciz qalıblar. Biz dünyada böyük dövlətlərdən olmasaq da, Sizin qabaqlayıcı tədbirləriniz, xalqın xilası naminə gördüyünüz işlər nəticəsində bu virusla mübarizədə əksər ölkələrdən daha yaxşı durumda olmağımız göz qabağındadır.

Mən şəxsən öz adımdan və ailəm adından Sizə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı çatdırıram. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tağızadə Səfərqulu, şair-publisist

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

Yusif Cəfərbəylidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən müstəqil Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq bu məktubu yazmağı özümə borc bildim. İlk olaraq onu bildirmək istərdim ki, hər bir Azərbaycan gənci, həmçinin bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyur. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini Sizə etibar edir, hər bir işdə Sizə güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir. İnanırıq ki, Sizin düşünülmüş siyasətiniz nəticəsində biz azərbaycanlılar bütün çətin sınaqlardan uğurla çıxacağıq.

Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri adından Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Məlumdur ki, dünyada tüğyan edən yeni növ koronovirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Bəşəriyyətin üzləşdiyi koronovirus pandemiyasının törətdiyi fəsadlar bir çox dünya ölkələrində milli fəlakət səviyyəsinə kimi yüksəlməkdədir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi uzaqgörən Liderimiz var. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər, Sizin bu sahədə qəbul etdiyiniz qərarlar və hər bir çıxışınız xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Cənab Prezident, Sizə hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm öz adımdan, həm də bütün gənclər adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Ulu Öndərin daxili və xarici siyasət strategiyasının parametrləri Sizin sayənizdə ləyaqətlə davam etdirilməkdədir. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Sizə tükənməz müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Cəfərbəyli Yusif Vahid oğlu

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.

Nurgözəl Rəhimovadan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.

Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. “El bir olsa dağ oynadar yerindən”, biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Saatlı rayonu, Günəşli kəndində yaşayan Axıska türkləri adından

Rəhimova Nurgözəl Fazil qızı

Azərbaycan Respublikası, Saatlı rayonu, Günəşli kəndi.

Əhəd Hüseynovdan, Saatlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, əmin ola bilərsiniz ki, xalqımız Sizə inanır və yalnız Sizə güvənir. Əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində dövlətimiz bu vəziyyətdən qısa müddətdə mətanətlə çıxacaqdır.

Cənab Prezident, xalq Sizin gördüyünüz işləri dəstəkləyir. Siz bir daha sübut etdiniz ki, hər bir vətəndaşın Prezidentisiniz.Biz birlikdə güclüyük.Allah Sizi və bütün Azərbaycan xalqın qorusun.

Dərin hörmətlə,

Hüseynov Əhəd Qalamirzə oğlu – təhsil işçisi

Azərbaycan Respublikası, Saatlı rayonu, Bəylər kəndi.