Azərbaycanda tirajlı lotereya oyunları dayandırılır

0
515
İqtisadiyyat Nazirliyinə məxsus “Azərlotereya” ASC sabahdan tirajlı lotereya oyunlarını müvəqqəti dayandırır.
Məlumata görə, bu addım Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar qəbul etdiyi qərara uyğun olaraq atılır. Oyunlarda fasilə karantin rejimi bitənə qədər davam edəcək.